Şəfiqə Axundovanın xatirəsinə mahnı həsr edildi (VİDEO)

Şəfiqə Axundovanın xatirəsinə mahnı həsr edildi (VİDEO) Azərbaycanın xalq artisti, Şərqin ilk opera yazan qadın bəstəkarı Şəfiqə Axundova dünən dünyasını dəyişdi. ANS-in məlumatına görə, əməkdar artist Tünzalə Ağayeva mədəniyyətimizin bu itkisinə öz bəstəsilə cavab verdi. Bəstəkar-müğənni bu itkidən təsirlənərək milət vəkili Qənirə Paşayevanın "Ey Rəbbim" şerinə musiqi yazıb.



Tünzalə Ağayeva sözügedən mahnını mərhum bəstəkarın xatirəsinə itfah etdiyini bildirib: "Bu gün çoxdan yazmaq istədiyim mahnımı yazdım, əzizim Qənirə Paşayevanın "Ey Rəbbim" şerinə. Bu gün musiqimizə boyük itki baş verdi, dəyərli bəstəkarımız Şəfiqə Axundova həqiqi dünyasına qovuşdu... Bu səbəbdən Qənirə bacıyla məsləhətləşib bu mahnının aranjeman olunmamış versiyasını elə indi Şəfiqə xanımın əziz xatirəsinə həsr edirik."



Şərhlər
Mədəniyyət bölməsinin xəbərləri