Moskvada Azərbaycan xalçaları sərgisi açıldı




Rusiyanın paytaxtı Moskva şəhərindəki Şərq Muzeyində “Sovet Azərbaycanın əks-sədası. Xalça. Naxış. Plakat” adlı sərgi açılıb.

Ekspozisiyada tarixi hadisələrin dekorativ-tətbiqi sənətə necə təsir etdiyi əks olunub.

Sərgidə 40 eksponat nümayiş etdirilir, bunlar arasında Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasından 1920-1970-ci illərin xalçaları, Mərcani Fondu tərəfindən təqdim olunan plakatlar, habelə Şərq Muzeyinin kolleksiyasından 1920-1930-cu illərə aid inqilabi naxışlar və eskizlər var. Bunlar ilk dəfə nümayiş etdirilir.

Sərgi Rusiya və Azərbaycan Mədəniyyət nazirlikləri tərəfindən Şərq Muzeyi, Azərbaycan Xalça Muzeyi, Mərcani Fondu və digərlərinin dəstəyi ilə təşkil edilib.




report
Şərhlər
Mədəniyyət bölməsinin xəbərləri

Aygün Bəylər dəfn olunub

  • 08 янв, 14:57