“Aman reis duymasın” filminin qala gecəsi keçirilib
- 27.12.2019, 23:03,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+

Dekabrın 26-da Nizami Kino Mərkəzində komediya janrında çəkilən “Aman reis duymasın” filminin qala gecəsi keçirilib.
Qala gecəyə filmin rejissoru Onur Tan və baş rolların ifaçıları Ozan Akbaba (İlyas Çakırbeyli), Emir Benderlioğlu (Behzat), Ceren Benderlioğlu (Ömür), Hakan Karsak (Enişte), Sevinç Gürşen Kıratlı (Hatice), Sevil Akı (Emine), Ömer Kurt (Zefer), Tevfik Erman Kutlu (Tekin) qatılıb.
Filmi izləməyə gələnlər arasında Türkiyənin Azərbaycandaki səfiri Erkan Özoral , Səfirliyin turizm və tanıtma üzrə müşaviri İrfan Çiftçi də olub.
"Aman Reis Duymasın" filmi “Eşkiya dünyaya hükümdar olmaz” serialından tanıdığımız obrazların tətilə çıxmalarından, kiçik qəsəbəyə gələr-gəlməz, başlarına gələn hadisələrdən, inanılmaz macəralarından bəhs edir. Ən böyük qorxuları isə liderləri Hızır Çakırbeylinin (Oktay Kaynarça) bütün bunları bilməyidir ki, bu da olur.