Eurovision təmsiçimiz "Avroviziya-2020"də Azərbaycanı rusiya şou-biznesindən ulduzun təmsil etməsini istəyib


"Eurovision" təmsilçilərimizdən olan Səmra Hüseynli qəribə açıqlaması ilə diqqət çəkib.


LİVE.az xəbər verir ki, "İnfe Azərbaycan" səhifəsinə açıqlamasında ifaçı ölkəmizi "Eurovision" müsabiqəsində əcnəbi ifaçının təmsil etməsini məsləhət görüb:


"Bu il Azərbaycanı Rusiya şou-biznesindən kimsə təmsil etməlidir. "Eurovision"a ulduz lazımdır və hər kəs ulduz ola bilməz".


Səmranın fikirləri sosial şəbəkədə tənqid edilib. İzləyicilər Azərbaycan şou-biznesində yetəri qədər istedadlı ifaçıların olduğunu vurğulayıblar.


Qeyd edək ki, bir müddət öncə Səmra bildirmişdir ki, yerli ifaçıları qulaq asmır. Həmçinin bildirib ki, "mən xarici musiqilərin sədaları altında böyümüşəm. Anam bizə lay-lay demirdi, əvəzində bizə xarici musiqi dinlədirdi".
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri

Dua Lipa Londonda evlənib

  • 01 июн, 12:59