Emin Ağalarovdan Cenifer Lopezə dəvət (VİDEO)

Emin Ağalarovdan Cenifer Lopezə dəvət (VİDEO) Rusiyada yaşayan məşhur azərbaycanlı iş adamları, “Crocus group”nin sahibləri Araz və Emin Ağalarovlar amerikalı milyarder Donald Trampla yeni iş birliyinə imza ataraq “Dünya Gözəli” gözəllik yarışmasını bu il Rusiyanın paytaxtında keçirəcəklər. Yarışmanın təşkilatçısı Trampla əməkdaşlıq edən Ağalarovlar gözəllik yarışmasının noyabrın 9-da “Crocus Siti Holl”da keçirilməsinə razılıq alıblar.


“Qafqazinfo”nun Rusiya mətuatına istinadən verdiyi məlumata görə, “Krokus Siti”nin vitse-prezidenti, məşhur bəstəkar Emin Ağalarov “Moskva 24” telekanalında müsabiqəyə hazırlıq işlərindən, biletlərin qiymətindən, eləcə də müsabiqənin Rusiyanın imicinə necə təsir edəcəyindən danışıb.


Emin Ağalarov bu müsabiqənin ən yaddaqalan gözəllik müsabiqəsi olacağını, Rober De Niro, Cenifer Lopez kimi dünya şöhrətli ulduzları yarışmaya dəvət etdiklərini, eləcə də münsiflər sırasında olmayacağını söyləyib.



Şərhlər
Şou-biznes bölməsinin xəbərləri