"Şabaş" filmin qala gecəsi keçirilib





5 dekabr Cinemaplusda  "Bu Şəhərdə"nin "Şabaş" adlı filminin qala gecəsi baş tutub.

LİVE.az xəbər verir ki, qalaya bir çox məşhurlar qatılıb. “Bu Şəhərdə” yumortistik teatrının ssenari müəllifi Müşfiq Abbasovun sözlərinə görə filmə 200 min manat pul xərclənib.  «Film 200 min manata ərsəyə gəldi, amma dostlarımız olmasaydı, ekran 300 və 350 min manata başa gələcəkdi. Sağ olsunlar, bir sıra texniki dəstəklər oldu”.

«İllər ərzində konsertlərə və qastrol səfərlərinə görə filmə vaxt ayıra bilmirdik. Bu kinonun ssenarisi 10 ildən çoxdur hazır idi, amma saxlamalı olmuşduq. Vaxtımız yox idi. Filmin baş rollarını Əməkdar artistlər Rəfael İsgəndərov və Coşqun Rəhimov canlandırıb. Çalışmışıq hər kəs ailəlikcə gəlib filmi izləyə bilsin. Film komediya janrındadır, lakin bu o demək deyil ki, hər addımbaşı gülüş var», Müşfiq vurğulayıb.

Rafael İsgəndərov isə film çəkilişlərində yaşanan çətinliklərdən söz açdı:“Çətinliklər və problemlər hədsiz çox oldu. Onlardan birincisi o idi ki, çəkilişlər Ramazan ayına təsadüf etmişdi, komanda heyətinin əksəriyyəti oruc tutmuşdu. İftarı və imsakı hamımız birlikdə edirdik. İşin gedişatı üçün böyük temp tələb olunurdu, biz oruc vəziyyətində öhdəsindən gələ bildik”.

Filmdə Rəfael ilə Coşqun musiqiçidirlər. Biri qoşa nağara, digəri isə qarmon ifaçısıdır. Bir gün toylarına getdikləri müğənni ilə pula görə davaları düşür. Sonra isə ayrılırlar. Pulsuz qalmasınlar deyə, bir çox qız toylara qadın paltarı geyinib gedirlər. Оnları maraqlı məcaralar gözləyir.  







 
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri

Dua Lipa Londonda evlənib

  • 01 июн, 12:59