Tanınmış rusiyalı reper Matrang noyabrın 1-də Bakıda konsert proqramı ilə çıxış edib.
Əslən Vladiqafqazdan olan ifaçı 2017-ci ildə “Meduza” hitindən sonra məşhurlaşıb. İfası və oxşarlığına görə fanatları onu “ikinci Tsoy” adlandırıblar.
Bu gün Matrang (Alan Xadzaqarov) Moskvada yaşayır və fəaliyyətini orada davam etdirir. Təxəllüsünün mənası isə Vyetnam dilindən tərcümədə “Ay” deməkdir – “Mat Trang”.
Konsert anşlaqla keçib. İfaçı izləyiciləri ilə çox ünsiyətdə olub və pərəstişkarları ilə selfi çəkdirib. Tərəfdarlar sevimli sənətçisini səhnəyə buraxmaq istəmədilər, sənətçi bir neçə mahnı ifa etdi.