Vudi Allenin "Nyu Yorkda yağmurlu gün" filmi Bakıda nümayışə başlayıb




Vudi Allenin "Nyu Yorkda yağmurlu gün" romantik komediyasının süjeti, bir birinə aşiq olan iki tələbə - Qetsbi (Timoti Şalame) və Eşli (El Fanninq),haqqında danışır.

LİVE.az xəbər verir ki, onların Nyu-Yorkda mükəmməl həftə sonu keçirtməküçün planları, günəşin əvəzinə leysan yağış gəldiyi kimi sürətlə və gözlənilmədən dağılır.Cütlüyün yolları ayrılır–qəhramanların hər biri tək öhdəsindən gəlməli olacaq bir sıra qeyri-adi görüşlər və gözlənilməz hadisələr gözləyir.Eşli, tələbə qəzetindən Manhettenin məşhur rejissoru olan, Roland Pollard (Liv Şrayber) ilə görüşmək tapşırığı alır.Qetsbi, doğma şəhərindəki ən sevimli yerləri,Arizonada böyüyən bir qıza göstərmək fürsətindən istifadə edir.O vintaj Nyu Yorku sevir və, məsəlçün, Karlayl-da yerləşən Bemelman barı kimi müxtəlif yerlərə dolğun  bir ziyarət proqramı hazırlayıb.

 

Lakin,Pollard Eşlini yeni filminin çəkiliş meydançasına dəvət edərkən,Qetsbinin hazırladığı plan həmən an arxa plana keçir.Əvvəlcə Pollard onu ssenarist Ted Davidoff (Cud Lou), daha sonra ekran ulduzu Fransisko Veqa (Dieqo Luna) ilə tanış edir.

Özü özünə həvalə olunmuş Qetsbi  nəticədə gününü, keçmiş sevgilisinin cəsarətli kiçik bacısı,Çen (Selena Qomez) ilə keçirir.Qetsbi, anası ilə (Çerri Cons) taleyüklü söhbətin baş verəcəyi,varlı qohumlarının ziyafətində iştirak etmək məcburiyyətində qalır.

Nyu Yorkda ,yağmurlu olsa da inanılmaz bir günərzində, Eşli özünü düşündüyü adam olmadığını başa düşəcək və Qetsbi bir həyat yaşayırsa, doğru insanla birlikdə yaşamalı olduğunu başa düşür.































 
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri