"Eurovision"un ilk finalçıları məlum olub
- 15.05.2019, 09:06,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
İsrailin Tel-Əviv şəhərində "Eurovision" mahnı yarışmasının ilk yarımfinal mərhələsi yekunlaşıb.
LİVE.az-ın məlumatına görə, finala Yunanıstan, Belarus, Serbiya, Kipr, Estoniya, Çexiya, Avstraliya, İslandiya, San-Marino və Sloveniya təmsilçiləri keçib.
Yarımfinalda ümumilikdə 17 ölkənin nümayəndəsi çıxış edib. Onların çıxışları peşəkar münsiflər heyəti və iştirakçı ölkələrin tamaşaçılarının səsləri ilə qiymətləndirilib.
Azərbaycan təmsilçisi Çingiz Mustafayev mayın 16-da ikinci yarımfinalda çıxış edəcək.
Müsabiqənin finalı 18 Mayda keçiriləcək, açılışda pop ulduz Madonna səhnəyə çıxacaq.