«Gürbüz: Hadi Allaha Emanet» komediyası Bakı ekranlarında




30 avgustdan Nizami Kino Mərkəzində  türkiyənin komediya janrında çekilən  «Gürbüz: Hadi Allaha Emanet»  filmin nümayişi başlayır.

 Filmin rejissoru - Orxan Erkaldı, ssenariyasıisə filmin baş gəhramanına- Emre Mutluya məxsusdu.

Rollarda Emre Mutlu, Hakan Bulud, Gökhan Yıkılkan, Arzu Oruc, Ayhan Daş, Bengi İdil Uras, Şafak Sezer, Ömər Qurd və başqaları yer alıb.

Gürbüz pizza restoranında kuryer işləyərək həyatını keçindirir. İşlədiyi restoranın müdiri olmaq xəyallarını quraraq, sözlüsü Aylin ilə evlənmək planları qurur. Amma sözlüsünün qısqanclıqlarından tənə gəlib. Dostu Fərhad bu qısqanclıqlardan qurtulması üçün gün içində etdiklərini telefona çəkməklə
sözlüsünə yollamasını məsləhət görür. Bu fikirə uyan Gürbüz ilk çəkilişində sifariş apararkən cinayətə şahid olur və bununla da işlər qarışır.
Şərhlər
Mədəniyyət bölməsinin xəbərləri