Şah İsmayıl Xətainin portreti İtaliyadan Azərbaycana gətirilir
- 02.05.2018, 16:55,
- Mədəniyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+

Səfəvilər dövlətinin qurucusu Şah İsmayıl Xətai və oğlunun orijinal portreti Azərbaycana gətiriləcək.
Qaynarinfo xəbər verir ki, bu barədə İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari məlumat verib.

Bakıda keçirilən İtaliya Opera Günləri ilə bağlı təşkil olunan mətbuat konfransında çıxış edən səfir bildirib ki, Şah İsmayıl və oğlunun orijinal portreti Heydər Əliyev Fondunun dəstəyi ilə Florensiyadan gətirilərək Azərbaycanda nümayiş olunacaq.
Şah İsmayıl Xətai (1487, Ərdəbil – 23 may 1524, Sərab) — Səfəviyyə təriqətinin şeyxi (1494—1524); Səfəvilər dövlətinin banisi və ilk şahı şair.
Onun yaratdığı Səfəvilər dövləti 1736-cı ilə qədər mövcud olmuşdur. İsmayıl 1501-ci ildən Cənubi Azərbaycanda On iki imam şiəliyinə əsaslanan Səfəviliyi yayaraq 1509-cu ildə bütün İran, Azərbaycan, İraq, Şərqi Anadolunu və s. əraziləri vahid dövlətdə birləşdirmişdir.
Bədii əsərlərini "Xətai" təxəllüsü ilə yazmışdır. Bununla əlaqədar Şah İsmayıl Xətai olaraq da tanınır. Əsərlərini əsasən Azərbaycan türkçəsində[7], qismən də fars və ərəbcə yazmışdır.
Uffitsi qalereyası (it. Galleria degli Uffizi) — İtaliyanın Florensiya şəhərində yerləşən məşhur incəsənət qalereyası. Dünyanın ən qədim muzeylərindən biridir. 1581-ci ildə əsası qoyulmuşdur. Əsərlərin çoxu Mediçi ailəsinin kolleksiyasından ibarətdir.
Muzey "U" şəkilli ikimərtəbəli binadan ibarətdir. "Uffitsi" italyan dilində "ofislər" deməkdir. Belə adlandırılmasının səbəbi həmin dövrdə buranın ofislərdən ibarət olmasıdır.