Qarabağ həqiqətlərindən bəhs edən “Son Nəfəsədək” trilleri kinoteatrlarda
- 12.04.2018, 11:28,
- Mədəniyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+

İstehsalı hələ 2017-ci ilin yaz aylarından başlanan, Qarabağ həqiqətlərindən bəhs edən “Son Nəfəsədək” trilleri 12 aprel 2018-ci il tarixdən etibarən kinoteatrlardayayıma daxil olur. Filmin Qala gecəsi də 12 aprel tarixində saat 19.00-da ParkCinema İMAX-da keçiriləcək. Filmin ssenari müəllifi və baş prodüseri NurəddinAslanovun sözlərinə görə, “Son Nəfəsədək” bütün Qarabağın işğalına yol açmışhadisələrdən bəhs edir: “Mən bu filmin ssenarisini real hadisələr əsasında qələməalmışam. Kəndimiz alınanda 14 yaşım var idi və erməni vəhşiliklərini özgözlərimlə görmüşəm”.
Filmin süjet xətti isə belədir. 1989-cu ildə Sovet İttifaqının ucqar həbsxanalarındanbirində cəza çəkən Yavər (İlqar Cahangir) doğma torpağına, Qarabağa – Füzulirayonunun Yuxarı Veysəlli kəndinə qayıdır. Amma burada hər şey dəyişib, ermənisilahlılarının dinc azərbaycanlılara divan tutması sovet sülhməramlılarının bölgəyəyeridilməsi ilə nəticələnib. Üstəlik Yavərin illərboyu sevdiyi və evlənməyəhazırlaşdığı Qarateldən də (Ülviyyə Rza) xəbər yoxdur. Yuxarı Veysəllinin və ətrafkəndlərin müdafiəsini öz üzərinə götürən Yavər ətrafına döyüşçülər toplayır.Amma Sovet sülhməramlılarına rəhbərlik edən Aleksandr Roxlinlə (EldarBağırbəyov) üz-üzə gələndə heyrətlənir və seçim qarşısında qalır...
Filmin ssenari müəllifi və baş prodüseri Nurəddin Aslanov, quruluşçu rejissorElnur Əliyev, quruluşçu operator Cavid Orucov, bəstəkarı Yaşar Baxış, quruluşçurəssam Mehriban Əfəndi, icraçı prodüseri Rövşən Quliyev, redaktoru KamranQasımovdur. Ekran işində İlqar Cahangir, Eldar Bağırbəyov, İlqar Musayev, VüqarVəlixanov, Elşən Rüstəmov, Ülviyyə Rza, Elçin Əfəndi, Namis Şirməmmədov, Rövşən Kərimduxt, Taleh Yüzbəyov və başqaları çəkiliblər.
100 dəqiqəlik filmin istehsalı “Frame” Production, kreativ media və PR koordinasiya işləri isə “AzerNewMedia” tərəfindən həyata keçirilib. Qeyd edək ki, filmin çəkilişləri Füzuli rayonunda, eləcə də Bakı şəhərində aparılıb.