Avropa kuboklarının finalında 8-ci İspaniya dueli

Avrokuboklar tarixində 18-ci dəfə finalda eyni ölkə təmsilçiləri qarşılaşacaq.


APA-nın məlumatına görə, Çempionlar Liqasının finalına təsadüf edəcək “Real” – “Atletiko” qarşılaşmasınadək həlledici oyunlarda 17 dəfə eyni ölkə klubları görüşüb.


2 il öncə də eyni turnirin bu mərhələsində görüşən Madrid təmsilçiləri 8-ci İspaniya finalını gerçəkləşdirəcək. İndiyədək 5 dəfə İtaliya, hərəyə 2 dəfə Almaniya və İngiltərə, 1 dəfə Portuqaliya finalı qeydə alınıb.


İspaniya finalı
Avropa Liqası
1961/62. “Valensiya” – “Barselona” – 6:2, 1:1
1963/64. “Saraqosa” – “Valensiya” – 2:1
1965/66. “Barselona” – “Saraqosa” – 0:1, 4:2
2002/03. “Sevilya” – “Espanyol” – 2:2, p.3:1
2011/12. “Atletiko” – “Atletik” – 3:0
Çempionlar Liqası
1999/2000. “Real” – “Valensiya” – 3:0
2013/14. “Real” – “Atletiko” – 4:1

İngiltərə finalı
Avropa Liqası
1971/72. “Tottenhem” – “Vulverhempton” – 2:1, 1:1
Çempionlar Liqası
2007/08. “Mançester Yunayted” – “Çelsi” – 1:1, p.6:5

Almaniya finalı
Avropa Liqası
1979/80. “Ayntraxt” F – “Borussiya” M – 2:3, 1:0
Çempionlar Liqası
2012/13. “Bavariya” – “Borussiya” D – 2:1

İtaliya
1989/90. “Yuventus” – “Fiorentuna” – 3:1, 0:0
1990/91. “İnter” – “Roma” – 2:0, 0:1
1994/95. “Parma” – “Yuventus” – 1:0, 1:1
1997/98. “İnter” – “Latsio” – 3:0
Çempionlar Liqası
2002/03. “Milan” – “Yuventus” – 0:0, p. 3:2

Portuqaliya finalı
Avropa Liqası
2010/11. “Porto” – “Braqa” – 1:0
Şərhlər
İdman bölməsinin xəbərləri