UEFA Çempionlar Liqası: “Real Madrid” və “Volfsburq” dörddəbir finalda

Çempionlar Liqasında səkkizdəbir final mərhələsinin cavab görüşlərinə start verilib.

Trend-in məlumatına görə, ilk oyun günündə heç bir sensasiya baş verməyib. “Real Madrid” Santyaqo Bernabeuda İtaliyanın “Roma” komandasını qəbul edib. İtaliayada iki cavabsız qolla qalib gələn “Real” öz meydanında da “Roma”nı eyni hesabla məğlub edib. Hər iki qol ikinci hissəyə təsadüf edib. Kriştiano Ronaldo 64 dəqiqədə ilk qolun müəllifi olub. Dörd dəqiqə sonra isə Xames Rodriges adını tabloya yazdırıb-2:0.

Paralel matçda Almaniyanın “Volfsburq” klubu turnirin debütantı Belçikanın “Gent” komandası ilə münasibətlərə aydınlıq gətirib. İlk görüşün 3:2 hesablı üstünlüyü ilə meydana çıxan Almanlar rəqibinə minimal hesabla qalıb gəlib. Andre Şürrle 74-cü dəqiqəqə vurduğu qolla belçikalıların növbəti mərhələ xəyalını puç edib-1:0.

Beləliklə, iki oyunun nəticəsinə görə, “Real Madrid” və “Volfsburq” dörddəbir finala vəsiqə qazanan ilk iki klub olub.
Şərhlər
İdman bölməsinin xəbərləri