Lui Van Qal: “Mən kloun deyiləm”

Lui Van Qal: “Mən kloun deyiləm” “Mançester Yunayted”in baş məşqçisi Lui Van Qal İngiltərə Premyer Liqasının 27-ci turunda “Arsenal”la oyunda yıxılması haqqında açıqlama verib.



Olduqca əsəbi çıxış edən hollandiyalı mütəxəssis kloun olmadığını deyib.



“Mən kloun deyiləm. Adım Lui Van Qaldı, insanam və baş məşqçiyəm. Belə şeylər mənim fəlsəfəmə daxil deyil. Ancaq elə vəziyyət olur ki, bu, adama çox təsir edir. Meydanda baş verənlər haqqında məşqçi yox, oyunçular düşünməlidir” - deyə o, bildirib.



Qeyd edək ki, təcrübəli mütəxəssis sözügedən oyun davam edərkən 4-cü hakimin qarşısında bilərəkdən yerə yıxılaraq, meydandakı “Arsenal”lı futbolçuların simuliyasiyalarına etiraz etmişdi. Bu isə, ada mətbuatı tərəfindən ciddi tənqid olunmuşdu.



APA, goal.com
Şərhlər
İdman bölməsinin xəbərləri