Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti oyunları keçirilib

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 oyunu keçirilib.



APA-nın məlumatına görə, matçlardan biri Kiyevdə, digəri isə Eyndhovendə baş tutub.



Turnirin gizli favoritlərindən olan “Mançester Siti” Kiyevdə “Dinamo”nun qonağı olub. "Şəhərlilər" səfər matçından sərfəli nəticə ilə dönməyi bacarıb. Aquero, David Silva və Turenin qollarına sadəcə bir qolla cavab verə bilən kiyevlilərin demək olar ki, növbəti tur şansı qalmayıb.



Son illər Avropada adından söz etdirən “Atletiko” isə Hollandiyaya səfər edib. Rəqibinin azlıqda qalmasına baxmayaraq, ev sahiblərini məyus etməyi bacarmayan "hindular" Madridə qolsuz bərabərlikə dönüblər.



Çempionlar Liqası

1/8 final, ilk oyunlar

24 fevral



“Dinamo” (Kiyev, Ukrayna) – “Mançester Siti” (İngiltərə) - 1:3

Qollar: Buyalski, 59 - Aquero, 15, David Silva, 40, Ture, 90



“PSV Eyndhoven” (Hollandiya) – “Atletiko” (İspaniya) - 0:0
Şərhlər
İdman bölməsinin xəbərləri