"Vəhşi mələk" Azərbaycana gəlir

Dünya şöhrətli müğənni Nataliya Oreyronun Azərbaycandakı heyranlarına şad xəbər var. Müğənni və aktrisa Azərbaycana gəlmək istədiyini açıqlayıb. O, Bakıdakı pərəstişkarlarını görmək üçün səbirsizləndiyini diqqətə çatdırıb və ANS TV-yə xüsusi video göndərib.

Aktrisa “Vəhşi mələk” serialında canlandırdığı obrazı ilə çoxlarının ürəyini fəth etməyi bacarıb. Serialın üzərindən illər keçməsinə baxmayaraq aktrisa hələ də illərə meydan oxuyur.

Nataliya Oreyro vaxtı ilə ANS TV-də yayımlanan “Amanda O” serialı barədə məlumatlı olduğunu və Bakıya gələrsə, ANS TV-yə müsahibə verəcəyinə də söz verib.

38 yaşlı Nataliya Oreyro müğənnilik və aktrisalıqla yanaşı, modelyerliklə də məşğuldur. O, bu yaxınlarda yeni kolleksiyasını təqdim edib. Bundan əlavə ifaçının aprel ayında Moskva şəhərində konsert verəcəyi də deyilir.


Nataliya hələ uşaq olarkən bir çox tanınmış şirkətlərin reklam çarxlarında yer alıb. 16 yaşında Uruqvaydan Argentinaya köçüb və karyerasını burada davam etdirib.

Şərhlər
Şou-biznes bölməsinin xəbərləri