“Qalatasaray” - “Trabzonspor” görüşündə hakimə qırmızı vərəqə göstərilib

Türkiyə Superliqasında XXII turun mərkəzi görüşü qalmaqalla başa yekunlaşıb. Live.az-ın APA-ya istinadən verdiyi məluma görə, “Qalatasaray” - “Trabzonspor” qarşılaşması oyun yox, hakim qərarları ilə gündəmə gəlib.



“Cim-bom”un öz meydanında qələbə qazandığı görüşdə baş hakim Dəniz Atəş Bitnel qonaq komandanın 4 futbolçusunu meydandan qovub. “Bordo-mavililər”də Ərkan Zəngin hesabı penaltidən açsa da, əsas hadisələr son yarım saatda baş verib. Özər Hurmacı qırmızı vərəqə aldıqdan az sonra ev sahiblərində Lukas Podolski “status-kvo”nu bərpa edib.



Son 20 dəqiqədə isə “Trabzonspor”dan Aykut Dəmir, Luis Kavanda və Salih Dursun qırmızı vərəqə ilə cəzalandırılıblar. Son dəqiqələrdə hakim qonaqların qapısına mübahisəli penalti təyin edib və Səlçuk İnanın qolu “sarı-qırmızılılar”a 2:1 hesablı qələbə qazandırıb.



Ən maraqlı məqam Salih Dursunun qırmızı vərəqəni hakimin əlindən alaraq, ona göstərməsi və bu hərəkətinə görə, “qırmızı”ya “layiq görülməsi” olub.



Turun son görüşü bu gün baş tutacaq. Potensial lider “Beşiktaş” öz meydanında “Gənclərbirliyi”ni sınağa çəkəcək.



Türkiyə Superliqası

XXII tur



19 fevral



“Konyaspor” – “Sivasspor” - 2:1

Qollar: Abdu Traore, 7. Skubiç, 58 - Burhan Eşer, 72.



20 fevral



“Kasımpaşa” – “Əskişəhərspor” - 2:1

Qollar: Tunay, 2, Eren, 45+2 - Emre, 65



“Antalyaspor” – “Rizəspor” - 2:1

Qollar: Danilo, 38, Ömər, 81 - Vieyra, 15

“Bursaspor” – “Fənərbaxça” - 0:0



21 fevral



“Kayserispor” – “Qaziantepspor” - 2:2

Qollar: Turuc, 6, Simiç, 73 - Putsila, 58, İlhan Parlak, 87



“Osmanlıspor” – “Mersin İY” - 3:1

Qollar: Rusesku, 35, Musa Çağıran, 60, Laval, 90 - Xəlili, 8



“Akhisar” – “Başakşəhər” - 0:0



“Qalatasaray” – “Trabzonspor” - 2:1

Qollar: Podolski, 63, Səlcuq, 89 (pen.) - Erkan Zengin, 25 (pen.)

Qırmızı vərəqələr: Özər, 59, Demir, 70, Kavanda, 86, Salih, 86 (hamısı "Trabzonspor")





22 fevral



22:00 “Beşiktaş” – “Gənclərbirliyi”
Şərhlər
İdman bölməsinin xəbərləri