Azərbaycanda “Farhause” neon ev muzeyi açılıb

Azərbaycanda “Farhause” neon ev muzeyi açılıb Azərbaycanda “Farhause” neon ev muzeyi açılıb. Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, muzeyi neon sənətinin nümayəndəsi, nəqqaş-rəssam Fərid Ələkbərov açıb.

Novxanı qəsəbəsində yerləşən neon ev muzeyi “Farhause” iki mərtəbədən ibarətdir.

Muzeydə təsviri sənətin müxtəlif növləri – heykəltəraşlıqdan tutmuş metal üzərində nəqqaşlığa, rəssamlıqdan vitrajlara qədər bir sıra müəlliflərin işləri neon naxışlarla birləşib.

Qeyd edək ki, neon sənəti neon boyasının ultrabənövşəyi işıq altında əks olunma effektinə əsaslanan boya sənətidir. İşıq illüziyası və 3D effektinin köməyi ilə neon boyası ilə çəkilən şəkillər canlandırılır.
Şərhlər
Mədəniyyət bölməsinin xəbərləri

Aygün Bəylər dəfn olunub

  • 08 янв, 14:57