Qurban Qurbanov: "Biz indi başladığımızı Avropa klubları 20-30 il əvvəl keçib"

"Əfsuslar olsun məğlub olduq. Futbolçuların hər birinə təşəkkür edirəm. Bizim üçün çox böyük təcrübə oldu. Komandanın oyunundan razı qaldım."

Live.az-ın “Trend”ə istinadən məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.



UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində baş tutan "Anderlext" - "Qarabağ" oyunundan sonra keçirilən mətbuat konfransında təcrübəli mütəxəssis matçı belə şərh edib: "Belə oyunlarda kiçik bir boşluq qolla nəticələnir. Gücümüz çatmadı və ya bəxtimiz gətirmədi desəm düzgün alınmaz. Biz indi başladığımızı Avropa klubları 20-30 il əvvəl keçib".



Qurbanov həmçinin hesab edir ki, oyundakı mübahisəli epizodda penalti var idi.
Şərhlər
İdman bölməsinin xəbərləri