Ronaldo növbəti rekorda imza atdı

İspaniya klubu "Real Madrid"in portuqaliyalı hücumçusu Kriştiano Ronaldo "Çempionlar Liqası"ın qrup mərhələsində 11 qol vuraraq, turnir tarixində vurulan qolların sayı üzrə yeni rekorda imza atıb.

Trend RİA Novosti agentliyinə istinadən məlumat verir ki, "Real" qrup mərhələsinin sonuncu oyunu çərçivəsində Madriddə İsveç təmsilçisi "Malmö"nü qəbul edib. Oyun 8:0 hesabı ilə madridlilərin xeyirinə başa çatıb. Cavabsız 8 qoldan dördünü Ronaldo vurub, bununla da turnirin qrup mərhələsində hesabında olan qolların sayını 11-ə çattırıb.

Qeyd edək ki, öncəki rekord (9 qol) Ronaldoya (2013/14 mövsümü) və o zaman "Şaxter"un heyətində çıxış edən Luis Adrianoya (2014/15 mövsümü) məxsus idi.
Şərhlər
İdman bölməsinin xəbərləri