Avropa Liqası: “Qəbələ” – “Borussiya” - 1:3

Avropa Liqası: “Qəbələ” – “Borussiya” - 1:3Bu gün Avropa Liqasının qrup mərhələsində III turun oyunları keçirilir.

APA-nın məlumatına görə, Avrokuboklarda mübarizəni davam etdirən klublarımızdan “Qəbələ” də növbəti oyununa çıxıb.

Roman Qriqorçukun yetirmələri Dortmund “Borussiya”sını qəbul edib. Təmsilçimiz qrup mərhələsində ikinci ev oyununu keçirib.

Son beş ev oyununda məğlub olmayan və qol buraxmayan bürünc mükafatçımız bu matçda seriyasını davam etdirə bilməyib. "Qırmızı-qaralar" matçdan 1:3 hesablı məğlubiyyətlə ayrılıb.

Oyuna yaxşı başlayan Roman Qriqorçukun yetirmələri matçın əvvəlində bir neçə real qol şansını boşa veriblər. Tədricən fəallaşan almanlar Obameyanqn ilk hissədə 2, ikinci hissədə isə 1 qolu ilə oyunu öz xeyirlərinə çevirə biliblər. Son dəqiqələrdə Dodonun vurduğu qol isə təsəlli xarakterli olub.

Bu yenilgidən sonra hesabında bir xal olan təmsilçimiz qrupda son pillədəki yerində qalıb.


Avropa Liqası
Qrup mərhələsi, III tur
22 oktyabr
C qrupu

“Qəbələ” – “Borussiya” (Dortmund, Almaniya) - 1:3
Qollar: Dodo, 90 - Obameyanq, 30, 38, 72

Baş hakim: İvan Bebek (Xorvatiya)
Baş hakimin köməkçiləri: Tomislav Petroviç, Miro Qrqiç
Bakı. 8 km qəsəbə stadionu
Şərhlər
İdman bölməsinin xəbərləri