“Qəbələ” - “Borussiya Dortmund” matçına bilet satışı (VİDEO)

“Qəbələ” – “Borussiya Dortmund” matçına bilet satışı davam edir. Kassalar önündə ajiotaj müşahidə olunmasa da, oyun zamanı tribunaların tam dolacağı gözlənilir.

ANS TV-nin məlumatına görə, 8-ci kilometr qəsəbə stadionunun kassaları önündə izdiham yaşanmasa da, oyuna maraq böyükdür. Hər halda satışa çıxarılan 8 min biletin 4 mini, başqa sözlə 50 faizi oyuna bir gün qalmış sahibini tapıb.

Bura oyun zamanı “Qəbələ”ni qələbəyə səsləyəcək fan klubları da əlavə etsək, oyun zamanı anşlaq yaşanacağını indidən proqnozlaşdırmaq olar.

Satışa çıxarılan biletlərin qiymətinə gəlincə, oyunu canlı izləmək istəyənlər sektorlardan asılı olaraq 3, 5 və 10 manatdan keçməlidirlər.

VIP yerlərin isə qiyməti 20 manatdır.

8-ci kilometr qəsəbə stadionunda baş tutacaq “Qəbələ” - “Borussiya Dortmund” matçı oktyabrın 22-si saat 20-də başlaycaq. Oyunu xorvatiydan olan hakimlələr heyəti idarə edəcək.


Şərhlər
İdman bölməsinin xəbərləri