"Bakı Olimpiya Stadionu"na direktor təyin olundu

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi "Bakı Olimpiya Stadionu"nu AFFA-ya uzunmüddətli təmənnasız istifadəyə verib.

ANS-in məlumatına görə AFFA prezidenti Rövnəq Abdullayevin əmri ilə assosiasiyanın Marketinq və Reklamlar Şöbəsinin müdiri Cavid Qarayev "Bakı Olimpiya Stadionu"na direktor təyin olunub.

Qarayev Cavid Azər oğlu 1977-ci ilin sentyabrın 14-də anadan olub. Bakı Dövlət Universitetinin Sosiologiya və Psixologiya ixtisası üzrə təhsil alıb. 2007-ci ilin noyabr ayından AFFA-nın Marketinq və Reklamlar Şöbəsinin müdiri vəzifəsində fəaliyyətə başlayıb. 2012-ci ildə Azərbaycanda keçirilən FIFA "U-17 qadınlararası dünya çempionatı"nın Yerli Təşkilat Komitəsinin Marketinq rəhbəri olub. UEFA-nın Marketinq Məsləhətverici Komitəsinin üzvü, FIFA-nın MA Xidmətləri və Peşəkarlıq Proqramının konsultantıdır.
Şərhlər
İdman bölməsinin xəbərləri