İlhamə Quliyeva nənə oldu

İlhamə Quliyeva nənə oldu Xalq artisti İlhamə Quliyeva nənə olub. ANS-in Qafqazinfo saytına istinadən verdiyi xəbərə görə, bir saat əvvəl onun gəlini oğlan övladı dünyaya gətirib. Hazırda ana və bala "Neftçilər" xəstəxanasındadır.


İlhamə Quliyeva xəbəri təsdiqləyib: “Bu gün çox xoşbəxtəm. İlhamə Quliyeva şou-biznesdə ən cavan nənə oldu. Bu gün gedib nəvəmi gördüm. Çox gözəldir, Orxanın uşaqlığına oxşayır. Çox gözəl bir uşaqdır. Adını Ruslan qoymuşam”.


Xatırladaq ki, İ. Quliyevanın oğlu Orxanın toy məclisi bu il aprel ayının 19-da olub.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri