“Tottenhem” və “Anderlext”in aparıcı futbolçuları “Qarabağ”a qarşı oynamayacaq

Avropa Liqasının qrup mərhələsində mübarizə aparacaq “Qarabağ” iştirak ərizəsini UEFA-ya təqdim edib. APA-nın məlumatına görə, Ağdam klubu ilə yanaşı, J qrupunun digər iki iştirakçısının da Avropa Liqası üçün heyəti məlumdu.

Bu qrupda mübarizə aparacaq komandalardan yalnız “Monako”nun sifariş ərizəsi hələlik UEFA tərəfindən təsdiqlənməyib.

“Qarabağ” seçmə mərhələdə iştirak edən heyətə yenilərini əlavə edib. Belə ki, son transferlər Miçel və Samuel Armenterosla yanaşı, uzun müddət zədədən əziyyət çəkən Çumbinyo da heyətə salınıb. Yalnız hələ də zədədən əziyyət çəkən Namiq Ələsgərov qrupda komandaya kömək edə bilməyəcək.

O ki qaldı rəqiblərə, “Tottenhem” aparıcı oyunçularından olan yarımmüdafiəçi Nabil Bentaleb və hücumçu Emmanuel Adebayoru, “Anderlext” isə müdafiəçi Antoni van den Borrla yarımmüdafiəçi Dennis Praeti iştirak ərizəsinə daxil etməyib. Bu komandalar həmçinin B siyahısını da təqdim etməyiblər.


“Qarabağ”
Qapıçılar: 1. Fərhad Vəliyev, 13. İbrahim Şehiç, 94. Halit Oğuzhan
Müdafiəçilər: 2. Qara Qarayev, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov, 19. Azər Salahlı, 25. Ansi Aqolli, 32. Elvin Yunuszadə, 55. Bədavi Hüseynov
Yarımmüdafiəçilər: 6. Vüqar Mustafayev, 8. Miçel, 10. Dani Kintana, 11. Elvin Məmmədov, 18. İlqar Qurbanov, 20. Riçard Almeyda, 22. Əfran İsmayılov, 33. Eltun Turabov, 67. Əlhərbi El Jadeyui, 70. Çumbinyo, 77. Cavid Tağıyev, 91. Coşqun Diniyev
Hücumçular: 9. Reynaldo, 29. Raydel Pupon, 90. Samuel Armenteros

“Tottenhem”
Qapıçılar: 1. Uqo Lloris, 13. Miçel Vorm
Müdafiəçilər: 2. Kil Uolker, 3. Danni Rouz, 4. Tobi Alderveyreld, 5. Yan Vertongen, 15. Erik Dayer, 16. Kiran Tripper, 21. Federiko Fazio, 27. Kevin Vimmer, 33. Ben Deyvis
Yarımmüdafiəçilər: 7. Heun-Min Son, 8. Rayan Mason, 11. Erik Lamela, 14. Klinton Njie, 17. Andros Tounsend, 19. Musa Dembele, 20. Dele Alli, 22. Naser Çadli, 23. Kristian Eriksen, 24. Aleks Pritkard, 28. Tom Kerroll
Hücumçu: 10. Harri Kin

“Anderlext”
Qapıçılar: 1. Silvio Proto, 23. Frank Boeks
Müdafiəçilər: 3. Olivyer Deşakt, 14. Bram Naytink, 21. Fabritse N’Sakala, 37. İvan Obradoviç
Yarımmüdafiəçilər: 4. Serinye Mbodji, 7. Endi Najar, 16. Stiven Defur, 18. Frank Açeamponq, 27. Mahmud Hassan, 30. Gillaume Jille
Hücumçular: 9. Matias Suares, 17. İbrahima Konte, 19. Osval Alvares, 26. İdrissa Silla, 93. İmoh Ezekyel, 99. Stefano Okaka
Şərhlər
İdman bölməsinin xəbərləri