İspaniya superkuboku: “Atletik”-“Barselona” – 4:0

İspaniya superkubokunun ilk oyunu keçirilib.

APA-nın məlumatına görə, Bilbaoda keçirilən matç gözlənilməz hesabla başa çatıb.

Belə ki, Avropa Liqasının III təsnifat mərhələsində Bakının “İnter” klubunu mübarizədən kənarlaşdıran “Atletik” “Barselona”nı 4:0 hesabı ilə məglub edib.

Qeyd edək ki, “Atletik”in təcrübəli hücumçusu Aritz Aduris matçda “xet-trik”-ə imza atıb.

Komandalar arasında cavab oyun avqustun 18-də Barselonada keçiriləcək.

14 avqust
İspaniya superkuboku, ilk oyun
"Atletik" (Bilbao) - "Barselona" - 4:0
Qollar: San Xose, 13, Aduriz, 53, 62, 68
Şərhlər
İdman bölməsinin xəbərləri