"Qəbələ" səfərdə minimal hesabla uduzub

Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları keçirilir. ANS-in məlumatına görə, turnirdə Azərbaycanı təmsil edən "Qəbələ" səfərdə meydana çıxıb.

Premyer Liqanın bürünc mükafatçısı Serbiyanın "Çukariçki" klubunun qonağı olub. Oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçın yeganə qoluna 53-cü dəqiqədə penaltidən Filip Stoykoviç imza atıb.

Qeyd edək ki, "Qəbələ" I təsnifat mərhələsində Tiflis "Dinamo"sunu mübarizədən kənarlaşdırıb. "Çukariçki" isə Sloveniyanın "Domjale" klubündan üstün olub (0:0, 1:0).

"Çukariçki" klubu 1926-cı ildə yaradılıb. 89 yaşlı klubu ötən mövsüm Serbiya Super Liqasında bürünc medalları qazanıb və ölkə kubokunun qalibi olub.

Avropa Liqası
II təsnifat mərhələsi
İlk oyun

16 iyul
23.30 Çukariçki (Serbiya) - Qəbələ (Azərbaycan) 1:0
Qol: Filip Stoykoviç, 53-pen.
Çukariçi: 12. Nemanya Stevanoviç, 4. Lukas Piasentin, 6. Draqolyub Srniç, 8. Branislav Yankoviç, 9. Nikola Stoilykoviç, 11. Andriya Pavloviç (7. Stanişa Mandiç, 67), 14. Slavolyub Srniç, 22. Filip Stoykoviç (30. Nenad Mirosavlyeviç, 85), 23. Boyan Ostoyiç, 24. Petar Boyiç (19. Saşa Yovanoviç, 90+1), 31. Rayko Brejanciç (k).
Ehtiyat oyunçular: 1. Nikola Petriç, 5. Marko Randyeloviç, 20. Reqan Obenq, 25. Deyan Bolyeviç.
Baş məşqçi: Vladan Miloyeviç.
Qəbələ: 22. Dmitri Bezotosnı, 5. Georgi Floresku (10. Dodo, 36), 6. Rəşad Sadıqov (11. Asif Məmmədov, 88), 9. Sergey Zenyov, 14. Cavid Hüseynov (k), 15. Vitali Vernidub, 19. Aleksey Qay, 20. Rikardinyo, 34. Ürfan Abbasov, 44. Rafael Santos, 69. Aleksey Antonov (21. Arif Daşdəmirov, 46).
Ehtiyat oyunçular: 1. Andrey Popoviç, 3. Voyislav Stankoviç, 8. Məhəmməd Mirzəbəyov, 66. Samir Zərgərov.
Baş məşqçi: Roman Qriqorçuk.
Sarı vərəqələr: Rayko Brejanciç, 69 - Georgi Floresku, 21. Rafael Santos, 44. Vitali Vernidub, 74. Cavid Hüseynov, 80.
Hakimlər: Radu Petresku, Ovidiu Artene, Vladimir Urzixa, Marsel Birsan (Rumıniya).
UEFA nümayəndəsi: Joze Gilyerme Aquyar (Portuqaliya).
Hakim-inspektor: Plarent Koterya (Albaniya).
Belqrad. "Çukariçki" stadionu.
Şərhlər
İdman bölməsinin xəbərləri