Nigar Camal Rusiyada RU.TV premiyasında

Nigar Camal Rusiyada RU.TV premiyasında «Eurovision 2011» qalibi Nigar Camal «Ru.TV» tərəfindən keçirilən «Rus musiqi mükafatı» uğrunda yarışmada iştirak edib.


Nigar və Dima Bilanın ifa etdiyi «Obnimi menya» ( «Qucaqla məni» ) adlı birgə ifası «İlin dueti» nominasiyası siyahısında yer alıb.


Müsabiqənin mükafatlandırma mərasimi mayın 25-də Moskvada «Krokus Siti Holl»-da baş tutub.


Nigar Camal möhtəşəm paltarı ilə göz qamaşdırıb. Tədbirdə prodüsser ilə iştirak edın mügənni böyük alqışlarla qarşılanıb.


İlin Dueti nominasiyasında Nigar və Dima Qucaqla məni mahnısı ilə DJ Smash və Vera Brejneva, Valeriy Meladze və Vaxtanq, Timati və Qriqoriy Leps, Leonid Aqutin və Tomas N'evergreen ilə yarışıblar.


Sonda «qızıl samovar» «London» mahnısı ilə Timati və Qriqoriy Leps alıblar.

Дима Билан и Никки Джамал - «Обними меня»



Тимати feat. Григорий Лепс - «Лондон»




Nigar Camal Rusiyada RU.TV premiyasında
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri