«Oğlan qonaqlığı» xüsusi olaraq media nümayəndələri üçün

«Oğlan qonaqlığı» xüsusi olaraq media nümayəndələri üçün «Park Cinema» kinoteatrında «Oğlan qonaqlığı» silsilə filmlərindən üçüncüsü təqdim edilib.


Oğlan qonaqlığının qızğın vaxtında üç dost bəyi itirir. Bu, toya 40 saat qalmış baş verir! İndi nə baş verdiyini aydınlaşdırmaq üçün onlar spirtli içkidən dumanlanmış beyinlərini təmizləməli, fikirlərini toplamalıdırlar.


Filmin rejissoru Tod Filipps olan filmin dünya premyerası mayın 23-də, MDB və Azərbaycanda isə 30-u mayda olub.


Təqdimatdan əvvəl müsahibə verən kinoteatrın PR meneceri Nərgiz Rəfiyeva dünya filmlərinin ölkəmizdə hər premyerasından əvvəl onların mətbuat nümayəndələrinə və seçilmiş kinomanlara nümayişini təşkil etdiklərini söyləyib.


Ekran əsəri məhz bu hissə ilə heyranlarına vida edəcəyi deyilsədə, görünən odur bu belə olmaycaq.


Altı zaldan ibarət olan müasir «Park Cinema» kinoteatrı: 800 oturacaq yeri üçün nəzərdə tutulmuş 5 kinozal və 33 oturacaq yeri üçün nəzərdə tutulmuş VİP zal, böyük foye, yumşaq divanlar, dadlı qəhvə və bu kinotetarda qalmağa sövq edən xoş abu-havaya malik bir məkandır.


Kinoteatrın kinozalları real məkan təəssüratını yaradan, 3D formatında filmlərin nümayişinə imkan verən müasir rəqəmli texnologiyalar və vizual həcmli təsvir effekti yaradan aktiv eynəklər ilə təchiz edilmiş, həmçinin dünya premyeraları, 3D formatında yeniliklər və «kino festivalı» çərçivəsinə nümayiş etdirilmiş proqramdan ibarət repertuara malikdir.


Bugünkü gündə «Park Cinema» - şəhərimizdə ən yaxşı dünya filmlərini nümayiş etdirən bir kinoteatrdır. Burada hər bir tamaşaçı - gündüz uşaq seansına və yaxud axşam seansına gəlmiş hər bir kəs özünü son dərəcə rahat hiss edəcəkdir. Tamaşaçı zalları elə təchiz edilmişdir ki, səs və təsvir effektlərindən zalın hər bir nöqtəsindən tam şəkildə həzz almaq mümkündür. Dolby Digital akustik sistemi sayəsində səs həqiqi dolğunluq əldə etmiş olur.


Oxucularımıza xatırladaq ki, ad günü olan hər kəs həmin gün öz şəxsiyyət vəsiqəsini görsədib, «Park Cinema»-dan pulsuz bilet əldə edə bilər!
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri