Azərbaycanlı müğənni: “Səhv yazıblar, bu mənim qızım deyil”

Bəstəkar-müğənni Ceyhun Əliyev (Qala) dostunun qızına mahnı həsr edib.



Live.az-a açıqlama verən ifaçı bildirib ki, söz və musiqisi özünə məxsus “Məryəm” adlı bəstəni oxuyub:



“Bu mahnını dostumun qızına həsr etmişəm. Bir müddət öncə dostumun qızı Məryəmlə birgə şəklimi sosial şəbəkədəki səhifəmdə paylaşmışdım. Bir çox xəbər portalları “Ceyhunun övladı ilə birgə şəkilləri yayıldı” başlığı ilə xəbərlər yaydı. Məcbur olub, bu gün açıqlama vermək qərarına gəldim. Bu mənim yox, dostumun övladıdır. Mənim qızımın adı İradədir. O, hələ balacadır. İnşallah bir az böyüsün, onun şəklini sosial şəbəkədə paylaşacağam. Hətta qızıma mahnı da bəstələmək fikrim var. Amma onu da deyim ki, dostumun qızını da öz qızım kimi istəyirəm. Elə bu sevgidən də ilhamlanıb, “Məryəm” adlı bəstəni yazdım. Düşünrəm ki, seviləcək”.



C.Əliyevin ifasında “Məryəm” adlı bəstəni təqdim edirik.





Azərbaycanlı müğənni: “Səhv yazıblar, bu mənim qızım deyil”
Azərbaycanlı müğənni: “Səhv yazıblar, bu mənim qızım deyil”
Azərbaycanlı müğənni: “Səhv yazıblar, bu mənim qızım deyil”
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri