Red Bull Thre3Style Bakıya qayıdır

Red Bull Thre3Style Bakıya qayıdır Keçən il Bakıda uğurlu Dünya Finalın keçirilməsindən sonra, 26 İyun DJ-lərin növbəti 2015-ci ilin döyüşü Red Bull Thre3style Azerbaijan Final keçəcək, və 2015-ci il Sentyabr ayında Tokioda keçiriləcək Dünya Finalında iştirak etmək üçün ölkəmizin ən güclü nümayəndəsi seçiləcək.

Yarış aşağıdakı qaydada keçir – Red Bull Thre3Style çempionatının adından bəlli olduğu kimi, iştirakçılardan hər biri, ən azı 3 müxtəlif musiqi üslubun miksindən ibarət olan 15-dəqiqəlik set təqdim edəcək.

Azərbaycanlı DJ-lərin döyüşlərinin iştirakçıları: DJ Ed, DJ Rimas, DJ N.E.Z, DJ Oridan, DJ Javad.

Yuxarıda sadalanan DJ-lərdən biri, milli finalda qalib gələrək, Azərbaycanı Tokioda keçəcək Dünya Finalında təmsil edəcək.

2012-ci ildən etibarən, Bakıda artıq üç dəfə milli final keçirilib, üç dəfə də qalib DJ Twist olub. O, artıq üç dəfə dünya finallarında ölkənin şərəfini qoruyub. Bu il isə, DJ Twist milli finalın hakimlər heyətində yer alacaq və Tokioda keçəcək Dünya Finalında xüsusi qonaq kimi iştirak edəcək. DJ Twist – Toikioda çıxış edəcək birinci azərbaycanlı DJ olacaq.

DJ-ləri 3 hakimdən ibarət olan kollegiya qiymətləndirəcək – musiqi industriyasının peşəkar xadimləri:

ESKEI83 - Keçən ilki Red Bull Thre3Style çempionatının qalibi. Hal-hazırki dünya çempionu.

DJ Skratch Bastid - Buck 65 albomuna görə 2008-ci ildə Juno Awards mükafatına layiq görülmüş yeganə Kanadalı DJ.

DJ Twist – tanınmış azərbaycanlı DJ, üçqat Red Bull Thre3style Azerbaijan çempionu.

Hakimlər iştirakçıları 4 meyarlara əsasən qiymətləndirəcək: treklərin yığılması, texnika, yaradıcılıq və ən əsası kütləni coşdurmaq bacarığı.

Döyüşlərin aparıcısı MC Amil olacaq.


Red Bull Thre3Style Bakıya qayıdır

Red Bull Thre3Style Bakıya qayıdır

Red Bull Thre3Style Bakıya qayıdır

Red Bull Thre3Style Bakıya qayıdır
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri