Indi Chek-in edərək qazanacaqsınız

Indi Chek-in edərək qazanacaqsınız Müasir zamanda sosial şəbəkələr həyatımızın ayrılmaz hissəsinə çevrilib. İnstagram-a şəkil qoymaq, Facebook-da check-in etmək - bütün dünyada yüz milyonlarla sosial şəbəkələr istifadəçilərinə adi bir hala çevrilib.


Əlbəttə ki, dostları ilə kinoteatra gələnlər baxdıqları kinonu da qeyd edirlər. Check-in etmək həvəsində olan kinomanlar üçün Azərbaycanın ən böyük nüfuzlu kinoteatrlar şəbəkəsi Park Cinema Sizin ürəyinizcə olan bir aksiya elan edir.


İndən belə, Park Cinema | Flame Towers və Park Cinema | Zagulba-da Check-in edərək Siz bonus kartınıza bilet qiymətinin ikiqat məbləğinin faizini qazanacaqsınız. Bunun üçün Siz Facebook və ya İnstagram-da Park Cinema-da (Flame Towers və ya Zagulba) olduğunuzu qeyd etməli və bunu bilet aldığınız zaman kassirə təqdim etməlisiniz. Çox rahat və həqiqətən sərfəli.


Nəticədə, Check-in Sizin standart bonus kartınıza 7,5% əvəzi 15%, qızıl kartınıza 10% əvəzi 20%, platinum kartınıza isə 12,5% əvəzi 25% qazandıracaq. Bunu da qeyd edək ki, həmin aksiya Flame Towers-də İMAX formatlı seanslara şamil olunmur, və standart 2D və 3D formatlı seanslara tətbiq olunur.




(adv)
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri