Ağalarov Eminlə Leylanın boşanması haqda - “Təəssüf ki, belə alındı”

Azərbaycanlı iş adamı Araz Ağalarov oğlu Emin Ağalarovun boşanmasından danışıb.


“Qafqazinfo” xəbər verir ki, “Vedomosti”yə müsahibə verən Ağalarov bu qərardan təəssüfləndiyini ifadə edib:

“Təəssüf edirəm ki, belə alındı. Onlar hər ikisi mehriban, pozitiv insanlardır. Görünür, nə isə qaydasında getməyib. Onların hələ də çox yaxşı münasibətləri var, bir yerdə uşaqlarını böyüdürlər”.

Ağalarov qızının Amerikada yaşamağı seçməsinə də münasibət bildirib. O, qızını təhsil almaq üçün bu ölkəyə göndərməsinə peşman olduğunu da gizlətməyib: “Nə etmək olar. Təəssüf ki, biz bəzən səhvlər edirik. Digər tərəfdən, bu onun seçimidir və yəqin ki, ona orada yaşamaq xoşdur. O Nyu-Yorkda yaşayır və deyir ki, “sizin ölkə qaranlıqdır”.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri