Nigar türkiyəli modellə olan münasibətindən danışdı

Nigar türkiyəli modellə olan münasibətindən danışdı “Eurovision- 2011” birincisi Nigar Camal türkiyəli model Boğaç Aksoy ilə sevgi dedi-qodularına aydınlıq gətirib.


“Qafqazinfo”nun məlumatına görə, Türkiyə mətbuatına gizli sevgi yaşadıqları iddia edilən yazıya müğənni reaksiya verib.


Nigar Boğaçla sadəcə iki dəqiqə söhbət etdiyini bildirib:


“Ay balam bu nə deməkdir? Mən heç yazığı tanıyırdım ki? Hər beş dəqiqədən bir aşk, maşk, mışk, pışk... Keçən həftə Berksan idi, bu dəfə isə Boğaç. Gələn həftə bəs kim olacaq? Mənim yanımda duran hər kəslə sevgi yaşayacam? Camaatın işi-gücü yoxdur. Bir dəqiqlik söhbət zamanı çəkilən fotodan sevgi xəbəri çıxarılıb. Bununla əlaqədar olaraq çox üzülürəm”.


Qeyd edək ki, Türkiyə mediası Bodrumda olan Nigar Camalın model Boğaçla fotolarını yayımlamış, onların sevgili olduqlarını iddia etmişdi.


Xatırladaq ki, Boğaç Aksoy “Best model of Turkey- 2012” model yarışmasının üçüncüsü olub. O, Avropanın ən yaxşı modeli seçilib. Aksoy eyni zamanda aktyorluqla da məşğuldur.



Nigar türkiyəli modellə olan münasibətindən danışdı


Nigar türkiyəli modellə olan münasibətindən danışdı
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri