“Bəyaz şou”nun qonaqları mitinqə getdiyi üçün proqram baş tutmayıb

“Bəyaz şou”nun qonaqları mitinqə getdiyi üçün proqram baş tutmayıb Türkiyənin tanınmış şoumeni Bəyazın (Bəyazid Öztürk) aparıcısı olduğu “Beyaz Show” verilişinin tamaşaçıları studiyanı tərk ediblər.


APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Türkiyənin müxtəlif universitetlərindən gəlmiş tələbələr mayın 31-də gecə proqramın canlı yayımının başlamasına bir neçə dəqiqə qalmış Taksimdə keçirilən aksiyaya qoşulmaq üçün studiyanı tərk ediblər. Nəticədə tamaşaçısız qalan verilişin yayımı təxirə salınıb.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri