Platini: Blatter vəzifəsindən getməlidir

UEFA prezidenti Mişel Platini Yozef Blatteri FIFA prezidenti vəzifəsindən getməyə çağırıb. Bu barədə Trend TASS agentliyinə istinadən məlumat verir.

M.Platini qeyd edib ki, Y.Blatter FIFA-nın strukturunda artıq 40 il işləyib: "Fikrimcə, təşkilatda nəyisə dəyişmək və prezidentin istefaya getməsi lazımdır".

UEFA prezidentinin sözlərinə görə, indiki məqamda bu vəzifəyə namizəd olmaq istəmir, çünki futbola daha yaxın olmaq niyyətindədir: "FIFA yalnız dünya çempionatlarının təşkili ilə məşğul olur. UEFA isə mənə hər gün futbol həyatını yaşamağa kömək edir".

Qeyd edək ki, 1975-ci ildən FIFA-da işləyən Y.Blatter 1998-ci ildən təşkilatın prezidentidir.
Şərhlər
İdman bölməsinin xəbərləri