“Partizan”ın futbolçusu: “Neftçi”ni 2:0 hesabı ilə məğlub edəcəyik”

“Pley-off mərhələsində rəqibimiz olan “Neftçi” klubu haqda ətraflı məlumatım yoxdu. Yalnız onu deyə bilərəm ki, bu mərhələyəcən gəliblərsə, deməli, zəif komanda deyil”. Bu sözləri APA-ya açıqlamasında Serbiyanın “Partizan” klubunun yarımmüdafiəçisi Danilo Pantiç deyib.

Avropa Liqasının pley-off mərhələsində “Neftçi” ilə qarşılaşacaq Belqrad təmsilçisinin futbolçusu iddialı danışıb. Onun sözlərinə görə, komandası öz meydanında keçirdiyi oyunda 2:0 hesablı qələbə qazanacaq.

“Püşkatmadan sonra komanda yoldaşlarım mənə “Neftçi” ilə 2 il öncə qarşılaşdığımızı dedilər. Azərbaycan klubu haqqında müəyyən məlumatlar oxudum. Güclü heyəti var. Amma biz meydana yalnız qələbə üçün çıxacağıq. Çünki qələbəyə ehtiyacımız çoxdu. İlk görüş Serbiyada baş tutacaq. Biz doğma azarkeşlərimiz önündə “Neftçi”ni 2:0 hesabı ilə məğlub edəcəyik” – deyə, Pantiç bildirib.

Xatırladaq ki, “Partizan” və “Neftçi” arasında ilk görüş avqustun 21-də Belqradda, cavab qarşılaşması isə avqustun 28-də Bakıda keçiriləcək.

Şərhlər
İdman bölməsinin xəbərləri