AFFA rəhbərliyi qərb bölgəsində futbolun vəziyyəti ilə tanış olub

AFFA-nın prezidenti Rövnəq Abdullayevin tapşırığına əsasən, baş katib Elxan Məmmədov və Regonal Futbol Federasiyaları İctimai Birliyinin prezidenti İskəndər Cavadov qərb bölgəsinə səfər edib.

AFFA-nın rəsmi saytının verdiyi məlumata görə, əvvəlcə Tovuz şəhər stadionunda Tovuz, Qazax və Ağstafa rayonlarının futbol ictimaiyyəti, "Turan" klubunun rəhbərliyi və azarkeşlərlə görüş keçirilib.

Assosiasiya nümayəndələri AFFA tərəfindən Tovuz rayon stadionunda süni örtüyün quraşdırılması ilə bağlı görülən işlərlə tanış olublar.

Sonra Gəncə şəhərinə gələn assosiasiya rəsmiləri şəhərin futbol ictimaiyyətinin nümayəndələri, veteran futbolçularla görüşüblər. Görüşlərdə bölgədə futbolun inkişafı, infrastrukturun müasir səviyyəyə çatdırılması, uşaq futboluna daha böyük diqqətlə yanaşılması məsələləri müzakirə olunub.
Şərhlər
İdman bölməsinin xəbərləri