Devid Moyes "Mançester Yunayted" klubunun baş məşqçisi oldu

Devid Moyes "Mançester Yunayted" klubunun baş məşqçisi oldu İngiltərənin "Everton" komandasının baş məşqçisi Devid Moyes "Mançester Yunayted" klubuna başçılıq etməyə razılıq verib. Live.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, 50 yaşlı Moyes yeni vəzifəsində Aleks Ferqyusonu əvəz edəcək.

Dünən yayılan xəbərə görə, Ferqyuson mövsüm başa çatdıqdan sonra məşqçilik karyerasına yekun vuracağını bəyan etmişdi.

Moyes isə 11 ildir ki, "Everton"un sükanı arxasında çalışır. Onun rəhbərliyi altında Liverpul təmsilçisi 2009-cu ildə İngiltərə Kubokunun finalına çıxıb, UEFA Kubokunda isə 1/8 final mərhələsinədək yüksələ bilib.
Şərhlər
İdman bölməsinin xəbərləri