Lüksemburq - Azərbaycan matçının hakimləri müəyyənləşib

Futbol üzrə Azərbaycan milli komandasının 2014-cü il dünya çempionatının seçmə mərhələsi çərçivəsində martın 22-də Lüksemburqla səfər oyununu idarə edəcək hakimlər müəyyənləşib.


Live.az saytının məlumatına görə, matça Padrayh Suttonun başçılıq etdiyi irlandiyalı hakimlər təyinat alıb. Ona Caran Delaney, Dermot Brouton və Neyl Doyl yardımçı olacaq.



Ədalət təmsilçilərinin işinə belçikalı hakim-inspektor Marsel Vanelsot qiymət verəcək. UEFA komissarı avstriyalı Volfqanq Terrriçterdir.
Şərhlər
İdman bölməsinin xəbərləri