"Qarabağ" "Neftçi"yə məğlub oldu

"Qarabağ" "Neftçi"yə məğlub oldu Tofiq Bəhramov adına Respublika stadionunda "Qarabağ" Bakının "Neftçi" klubu ilə qarşılaşıb.

Oyunda ilk topu "Neftçi"nin hücumçusu Nikolas Kanales 22-ci dəqiqədə vurub (0:1).

Oyunun 72-ci dəqiqəsində isə "Qarabağ"ın yarımmüdafiəçisi Riçard Almeyda cavab qolu vuraraq hesabı bərabərləşdirib (1:1).

84-cü dəqiqədə Kanales bu oyunda ikinci qolunu vuraraq (1:2) komandasını irəli çıxarıb.

Beləliklə, "Neftçi" bu oyunda qələbə qazanaraq çempionluğa daha da yaxınlaşıb.
Şərhlər
İdman bölməsinin xəbərləri