Madridin “Atletiko” klubu “Azərbaycan ulduzları” komandası ilə görüş keçirəcək

Madridin “Atletiko” klubu “Azərbaycan ulduzları” komandası ilə görüş keçirəcək Aprelin 30-da Bakıda Madridin "Atletiko" klubuna qarşı oyunda əvvəlcədən nəzərdə tutulduğu kimi, "Bakı" yox, "Azərbaycan ulduzları" komandası çıxış edəcək. Bu haqda "Bakı" klubundan məlumat verilib.

Məlumata görə, görüşdə Azərbaycanın tanınmış bütün futbolçuları iştirak edəcək.

Görüşün hakimləri və Azərbaycan komandasının heyəti sabah müəyyənləşəcək. Məlumatda qeyd olunub ki, "Atletiko" Bakıya bütün ulduz futbolçuları ilə gələcək.

Qeyd edək ki, matçın biletləri sabahdan satışa çıxarılacaq.
Şərhlər
İdman bölməsinin xəbərləri