ÇL-də III turun ilk oyunları keçirilib

ÇL-də III turun ilk oyunları keçirilib



Çempionlar Liqasının qrup mərhələsində III tura start verilib.


LIVE.az- ın məlumatına görə, qitənin ən nüfuzlu klub turnirində mübarizəni davam etdirən 32 komanda növbəti oyunlarına çıxıblar.


İki gün davam edəcək turun ilk günündə bütün qarşılaşmalar eyni vaxtda başlayıb. E qrupunun favoritləri “Liverpul”la “Sevilya” səfər sınağına çıxıb. Sonuncular Moskvada “Spartak”ın qonağı olub və şokla üzləşiblər. Meydan sahibləri 5:1 hesablı qələbə qazanıb. İlk qələbə arzusunda olan “Liverpul” isə qrupun autsayderi “Maribor”u topa tutub - 7:0.


D qrupunun lideri “Mançester Siti” əsas rəqibi “Napoli” ilə qarşılaşıb. İngiltərə klubu “ekvator xətti”nə 100 faizlik nəticə ilə çatıb - 2:1. “Şaxtyor” isə “Feyenoord”u xalsız qoyub - 2:1.


“Beşiktaş” isə səfərdə “Monako” ilə görüşüb. Ardıcıl iki qələbə ilə fanatlarını sevindirən Türkiyə klubu autsayderi də itkisiz keçib - 2:1.


İlk oyun gününün mərkəzi qarşılaşması H qrupunda baş tutub. İlk iki görüşdə qələbələri sıralayan “Real”la “Tottenhem” Madriddə görüşüb. Matçda qalib müəyyənləşməyib - 1:1.


Çempionlar Liqası
Qrup mərhələsi, III tur
17 oktyabr

E qrupu
“Maribor” (Sloveniya) - “Liverpul” (İngiltərə) - 0:7
Qollar: Firmino, 4, 54, Koutinyo, 13, Salah, 19, 40, Oksleyd-Çemberleyn, 86, Aleksandr Arnolt, 90

“Spartak” (Rusiya) - “Sevilya” (İspaniya) - 5:1
Qollar: Promes, 18, 90, Melqarejo, 58, Qluşakov, 67, Adriano, 74 - Kyaer, 31

1. Liverpul - 5
2. Spartak - 5
3. Sevilya - 4
4. Maribor - 1

F qrupu
“Feyenoord” (Hollandiya) - “Şaxtyor” (Ukrayna) - 1:2
Qol: Berqus, 7 - Bernard, 24, 54

“Mançester Siti” (İngiltərə) - “Napoli” (İtaliya) - 2:1
Qollar: Sterlinq, 9, Qabriel Jesus, 13 - Diavara, 73 (pen.)

1. Mançester Siti - 9
2. Şaxtyor - 6
3. Napoli - 3
4. Feyenord - 0

G qrupu
“Leypsiq” (Almaniya) - “Porto” (Portuqaliya) - 3:2
Qollar: Orban, 8, Forsberq, 38, Avqustin, 40 - Abubakar, 18, Markano, 44

“Monako” (Fransa) - “Beşiktaş” (Türkiyə) - 1:2
Qollar: Falkao, 30 - Cenk, 34, 54

1. Beşiktaş - 9
2. Leypziq - 4
3. Porto - 3
4. Monako - 1

H qrupu
“Real” (İspaniya) - “Tottenhem” (İngiltərə) - 1:1
Qollar: Ronaldo, 43 (pen.) - Keyn, 28

APOEL (Kipr) - “Borussiya” (Dortmund, Almaniya) - 1:1
Qollar: Pote, 62 - Sokratis, 67

1. Tottenhem - 7
2. Real Madrid - 7
3. Borussiya D. - 1
4. APOEL - 1
Şərhlər
İdman bölməsinin xəbərləri