İngiltərə Superkubokunun qalibi məlum olub

İngiltərə Superkubokunun qalibi məlum olub



Futbol üzrə İngiltərə Superkubokunun qalibi bəlli olub.

Finalda “Uembli” stadionunda son ölkə çempionu “Çelsi” ilə İngiltərə Kubokunun qalibi "Arsenal” üz-üzə gəlib.

Qarşılaşmanın əsas vaxtında qalibi müəyyənləşdirmək mümkün olmayıb - 1:1. Penalti seriyasında daha dəqiq olan "Arsenal" 4:1 hesabı ilə qalib gələrək Superkuboka sahib çıxıb. Qeyd edək ki, bu, “Arsenal”ın tarixində qazandığı 15-cı Superkubokdur.


“Arsenal”-“Çelsi” 1:1 (4:1)
Qollar: Kolaşinats (82); Mozes (46)

Şərhlər
İdman bölməsinin xəbərləri