"Qarabağ"ın Çempionlar Liqasında rəqibi məlum olub

"Qarabağ"ın Çempionlar Liqasında rəqibi məlum olub



Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab görüşləri keçirilir.

İkinci oyun günündə 10 qarşılaşma baş tutacaq.

İki matçda ümumilikdə 6:0 hesablı qələbə ilə növbəti mərhələyə adlayan çempionumuz “Qarabağ”ın rəqibi müəyyənləşib.

Albaniyada keçirilən “Kukesi” – “Şerif” matçı meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, ilk oyunda 1:0 hesabı ilə qalib gələn "Şerif" səfər matçında vurduğu qol sayəsində növbəti mərhələyə yüksəlib və III təsnifat mərhələsində "Qarabağ"a rəqib olub.

Çempionlar Liqası

II təsnifat mərhələsinin cavab oyunu

19 iyul

21:30. “Kukesi” (Albaniya) - “Şerif” (Moldova) - 2:1
İlk oyun – 0:1


Həmçinin Çempionlar Liqasının III təsnifat mərhələsinin bütün cütlükləri müəyyənləşib.


UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin bütün cütlükləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, mübarizəni davam etdirən Azərbaycan çempionu "Qarabağ" növbəti mərhələdə Moldovanın "Şerif" klubu ilə qarşılaşacaq.

Bütövlükdə, ÇL-in III təsnifat mərhələsində aşağıdakı komandalar üz-üzə gələcəklər.

UEFA Çempionlar Liqası
III təsnifat mərhələsi

“Slaviya” (Praqa, Çexiya) – BATE (Belarus)
“Seltik” (Şotlandiya) – “Rusenborq” (Norveç)
“Astana” (Qazaxıstan) – “Legiya” (Polşa)
“Kopenhagen” (Danimarka) – “Vardar” (Macarıstan)
“Vitorul” (Rumıniya) – APOEL (Kipr)
“Hapoel” (Beer Şeva, İsrail) – “Ludoqorets” (Bolqarıstan)
“Maribor” (Sloveniya) – “Hafnarfyordur” (İslandiya)
“Qarabağ” (Azərbaycan) – “Şerif” (Moldova)
“Zalsburq” (Avstriya) – “Riyeka” (Xorvatiya)
“Partizan” (Serbiya) – “Olimpiakos” (Yunanıstan)
“Dinamo” (Kiyev, Ukrayna) – “Yanq Boyz” (İsveçrə)
“Nitsa” (Fransa) – “Ayaks” (Hollandiya)
“Brügge” (Belçika) – “Başakşəhər” (Türkiyə)
AEK (Yunanıstan) – ÇSKA (Moskva, Rusiya)
“Styaua” (Rumıniya) – “Viktoriya” (Çexiya)
Şərhlər
İdman bölməsinin xəbərləri