“Qarabağ” Ukrayna “Şaxtyor”unun qapıçısını transfer edib

“Qarabağ” Ukrayna “Şaxtyor”unun qapıçısını transfer edib



2017/18-ci illər mövsümü üçün heyətini gücləndirməyi davam etdirən “Qarabağ” ilk əcnəbi transferini reallaşdırıb.


Live.az klubun saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi ukraynalı qapıçı Anton Kanibolotski ilə ikiillik müqavilə imzalayıb.

Qolkiper artıq komandanın Avstriyada davam edən təlim-məşq toplanışına qoşulub.

Peşəkar karyerasına Ukraynanın “Dnepr” klubunda başlayan Kanibolotski daha sonra ölkəsinin digər klubu “Krivbass”a transfer olub. 2012-ci ildə Donetsk təmsilçisi “Şaxtyor”a keçən 29 yaşlı çərçivə qoruyucusu geridə qalan mövsümün sonuna kimi bu komandada forma geyinib.

Kanibolotski vaxtıyla Ukraynanın 21 yaşlılardan ibarət yığma komandasına da dəvət alıb.
Şərhlər
İdman bölməsinin xəbərləri