Bakı-2017: Voleybol yığmamız da ən güclü oldu

Bakı-2017: Voleybol yığmamız da ən güclü oldu Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında qadın voleybolçuların yarışı başa çatıb.

Finalda Azərbaycan və Türkiyə komandaları qarşılaşıblar.

İlk setdə qalib gələn idmançılarımız ikinci setdə məğlub olsalar da, növbəti iki setdə türkiyəli rəqiblərinin müqavimətini qıra biliblər - 3:1.

Beləliklə, Azərbaycan İslamiadada 59-cu qızıl medalını qazanıb.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.



Trend
Şərhlər
İdman bölməsinin xəbərləri