Çempionlar Liqası: “Qarabağ” potensial rəqibləri artır

“Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı artıb. Iyunun 20-də keçiriləcək ilk iki təsnifat mərhələsinin püşkatmasına qatılacaq 19 komandanın adı bəllidi.

Təmsilçimizin mübarizəyə başlayacağı II təsnifat mərhələsində 34 komanda iştirak edəcək. Püşkdə 29 komanda və I təsnifat mərhələsinin 5 cütü hərəsində 17 iştirakçı olmaqla iki səbətə bölünəcək.

Səpələnmişlər sırasında yer alacaq “Qarabağ”ın mümkün rəqiblərindən üçü dəqiqdi. Bunlar Gürcüstan “Samtredia”sı, Latviya “Spartak”ı və Finlandiya “Mariehamn”ıdı. Onlardan başqa Makedoniya, Bosniya və Herseqovina, Lüksemburq və Monteneqro çempionları da Ağdam təmsilçisinin rəqibləridi.

Ötən həftəsonu çempionluğu bayram edən Malta “Hibernians”ı və Şimali İrlandiya “Linfild”i I təsnifat mərhələsində mübarizə aparacaq ki, onlar da “Qarabğ” üçün potensial rəqibdi. Ümumilikdə isə təmsilçimizin 8 belə mümkün rəqibi məlumdu. Qızıl medalları yeni qazanan daha bir komanda İsrail “Hapoel”i (Beyer Şeva) isə səpələnmiş olduğundan II təsnifat mərhələsində çempionumuzla üz-üzə gələ bilməz.

Çempionlar Liqası
II təsnifat mərhələsi

Səpələnmişlər
“Seltik” (Şotlandiya) – 42,785
BATE (Belarus) – 29,475
“Qarabağ” (Azərbaycan) – 18,050
“Malmö” (İsveç) – 16,945
“Astana” (Qazaxıstan) – 16,800
“Rusenborq” (Norveç) – 12,665
“Hapoel” (Beyer Şeva, İsrail) – 10,875
Xorvatiya çempionu
Avstriya çempionu
Danimarka çempionu
Serbiya çempionu

Səpələnməmişlər
Mariehamn” (Finlandiya) – 2,030
“Spartak” (Latviya) – 1,975
“Samtredia” (Gürcüstan) – 1,525
Makedoniya çempionu
Bosniya və Herseqovina çempionu
Lüksemburq çempionu
Monteneqro çempionu
I təsnifat mərhələsinin 2 qalibi

Qeyri-müəyyənlər
“Hafnarfyordur” (İslandiya) – 6,175
“Jalgiris” (Litva) – 5,825
“Dandalk” (İrlandiya) – 5,815
“Jilina” (Slovakiya) – 5,850
Kipr çempionu
Polşa çempionu
Sloveniya çempionu
Bolqarıstan çempionu
Albaniya çempionu
Moldova çempionu
Macarıstan çempionu
I təsnifat mərhələsinin 3 qalibi


I təsnifat mərhələsi
Səpələnmişlər
TNS (Uels) – 5,775
“Vikinqur” (Farer adaları) – 2,950
“Linfild” (Şimali İrlandiya) – 3,650

Səpələnməmişlər
“İnfonet” (Estoniya) – 1,300
San-Marino çempionu
Kosovo çempionu

Qeyri-müəyyənlər
“Hibernians” (Malta) – 2,800
Ermənistan çempionu
Andorra çempionu
Cəbəllütariq çempionu




APA
Şərhlər
İdman bölməsinin xəbərləri