Argentina yığmasının baş məşqçisi istefaya göndərilib

Argentina yığmasının baş məşqçisi istefaya göndərilibArgentinanın futbol üzrə yığma komandasının baş məşqçisi Edqardo Bausa istefaya göndərilib.

APA-nın “Fox Sports”-a istinadən verdiyi xəbərə görə, bunu Argentina futbol Assosiasiyasının rəhbəri Klaudio Tapiya bəyan edib.

Bundan əvvəl Braziliyanın “San-Paulu” klubuna rəhbərlik edən Edqardo Bausa ötən ilin avqustundan Argentina yığmasına rəhbərlik edirdi. 59 yaşlı mütəxəssis Amerika Kubokunun finalından sonra vəzifəsindən istefa verən Herardo Martinonu əvəzləmişdi.

Hazırda Argentina yığması 2018-ci il dünya çempionatının Cənubi Amerika zonası üzrə qrup mərhələsində 5-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, Edqardo Bausa 2008-ci ildə Ekvadorun “Kito”, 2014-cü ildə isə Argentinanın “San-Lorenso” klubu ilə Libertadores Kubokunun qalibi olub.
Şərhlər
İdman bölməsinin xəbərləri